• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.2° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Süni zəka ilə səs və görüntü saxtakarlığı: Necə ayırd edək? - AÇIQLAMA

21 Avqust, 26 / 12:58
A A

“Salam, necəsən ? Mənə təcili 500 manat lazımdır. Bir neçə günə qaytaracağam”, “Mənim kartımda problem yaranıb, qeydiyyat üçün sənin kartından istifadə edə bilərəm?”… Belə ifadələr və eyni səs tonu. İlk baxışdan insan doğrudan da hansısa tanışı olduğunu zənn edir, lakin… Yaxud elə foto və video hazırlayırlar ki, onun yalançı ya da gerçək olduğu ilk baxışdan anlaşılmır.

Bəli, süni intellekt texnologiyalarının sürətli inkişafı nəticəsində ortaya çıxan səs və görüntü saxtakarlığı (deepfake) hazırda rəqəmsal dünyada ən ciddi təhlükələrdən birinə çevrilib. Əvvəllər keyfiyyətli səs klonu yaratmaq üçün saatlarla audioyazı və mürəkkəb proqram təminatı lazım idisə, bu gün sosial şəbəkələrdən götürülmüş bir neçə saniyəlik səs yazısı belə tam oxşar sintetik səs formalaşdırmağa yetərli olur. Dələduzlar sözügedən imkanlardan istifadə edərək vətəndaşlara yaxınlarının, iş yoldaşlarının və ya rəhbərlərinin adından zəng edir, psixoloji təzyiq və təşviş yaradaraq təcili pul və ya şəxsi məlumatlar tələb edirlər.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Zefer.media-ya açıqlamasında bildirib ki, belə yalançı zəngləri və görüntüləri müəyyən etmək üçün ilk növbədə diqqətli dinləmə və tənqidi yanaşma tələb olunur.

“Süni zəka ilə yaradılan səslərdə hələ də təbii emosionallığın olmaması, qeyri-adi pauzalar, robotik intonasiya və fon səslərindəki uyğunsuzluqlar özünü büruzə verir. Lakin ən etibarlı müdafiə üsulu texniki detallardan ziyadə emosiyalara qapılmamaq və konteksti yoxlamaqdır. Şübhəli zəng zamanı qarşı təfərin təcili pul tələbinə dərhal əməl etmək olmaz; zəngi bitirib həmin yaxınınızın öz şəxsi nömrəsinə birbaşa zəng etmək və ya yalnız sizin aranızda bilinen fərdi bir sual verməklə şəxsiyyəti dəqiqləşdirmək lazımdır”, – deyə, müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, bu tür kiberdəlləduzluq halı ilə qarşılaşdıqda və ya zərərçəkənə çevrildikdə vaxt itirmədən müvafiq addımlar atılmalıdır:

“Bütün sübutlar – zəng daxil olan nömrələr, səs qeydləri və bank tranzaksiya çıxarışları qeydə alınmalı, dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Eyni zamanda cəmiyyətdə rəqəmsal gigiyena qaydalarının təşviqi, şirkət və qurumlarda “Sıfır Etibar” prinsipinin tətbiqi və süni intellektdən qanunsuz istifadəyə görə hüquqi məsuliyyətin sərtləşdirilməsi həmin təhdidlərin qarşısını almaq üçün kompleks şəkildə həyata keçirilməlidir”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Manşet

Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR

Oktyabr 16, 2026
Gündəm

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Oktyabr 16, 2026
Gündəm

AQEM-in Bakı Zirvəsi: Azərbaycan diplomatiyasının yeni uğuru - AÇIQLAMA

Oktyabr 15, 2026
Manşet

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Oktyabr 15, 2026
Gündəm

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür

Oktyabr 15, 2026
Gündəm

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Oktyabr 12, 2026

XƏBƏR LENTİ

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

22 Oktyabr, 26 / 20:19

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

22 Oktyabr, 26 / 20:17

Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub

22 Oktyabr, 26 / 20:13

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

22 Oktyabr, 26 / 20:10

Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb

22 Oktyabr, 26 / 20:07

Tramp İranı ABŞ-də aralıq seçkilər ərəfəsində neftin qiymətini artırmağa çalışmaqda ittiham edib

22 Oktyabr, 26 / 19:58

Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub

22 Oktyabr, 26 / 19:55

İtaliya hökuməti yanacağın bahalaşmasına etiraz edən sürücülərə dəstək tədbirləri görür

22 Oktyabr, 26 / 19:49

Ərdoğan Kanada ilə strateji tərəfdaşlığı gücləndirmək istəyir

22 Oktyabr, 26 / 19:36

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

22 Oktyabr, 26 / 19:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.