Xarici xəbərlər

KXDR Rusiyaya daha 8 500 hərbçi göndərib, onların arasında 400-ə yaxın PUA operatoru var

21 Avqust 2026, 19:105
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

KXDR Rusiyaya daha 8 500 hərbçi göndərib. Onların arasında təxminən 400 pilotsuz uçuş aparatı (PUA) operatoru da var.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) rəhbərinin müavini Vadim Skibitskinin sözlərinə görə, Şimali Koreya kontingentinin əsas hissəsi Kursk vilayətində yerləşir.

Yeni gələn hərbçilər arasında təxminən 1 000 mühəndis və istehkamçı da var. Onlar Rusiyanın arxa cəbhədəki mövqelərinin möhkəmləndirilməsi işlərinə cəlb olunublar.

Xüsusilə 400-ə yaxın PUA operatorunun göndərilməsi diqqət çəkir. GUR-un qiymətləndirməsinə görə, bu şəxslər Rusiya ərazisindən Ukraynadakı hədəflərin kəşfiyyatı və onlara zərbələrin endirilməsi üçün istifadə oluna bilər.

Bu isə Rusiya qoşunlarına öz şəxsi heyətinin bir hissəsini digər istiqamətlərdə istifadə etmək üçün azad etməyə imkan verə bilər.

Ukrayna kəşfiyyatının məlumatına görə, 2024-cü ilin sonundan etibarən ümumilikdə təxminən 25 000 Şimali Koreya hərbçisi Rusiya ərazisindən keçib.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600