Amerikanın blokçeyn analitikası şirkəti “TRM Labs” hücumu Şimali Koreyanın “TraderTraitor” adlı elit haker qrupuna aid edir. Bu qrup 2025-ci ildə “Bybit” kriptovalyuta birjasından 1,5 milyard dollar oğurlamaqla əvvəlki rekorda da imza atıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, hakerlər DevOps mühəndisinin sındırılmış noutbuku vasitəsilə hücumu həyata keçiriblər. Onlar əvvəlcədən əməliyyatı hazırlayaraq Binance-in tranzaksiyaların imzalanması sistemini nəzarətlərində olan ünvanlara köçürmələri təsdiqləməyə məcbur ediblər.
Dəymiş ziyanın 6,36 milyard dollar olduğu qiymətləndirilir. Vəsaitlərin bir hissəsini xilas etmək mümkün olub.
Pərvin Hacıyeva

















