Cəmiyyət

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr 2026, 17:270
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Naxçıvan şəhərində avtomobilin vurduğu 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

 Zefer.media xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

“Maple” markalı avtomobil yolu qarşı tərəfə keçən, 2017-ci il təvəllüdlü Nurəddin Anar oğlu Oruclunu vurub.

Xəsarət alan uşaq Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600