• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.8° Weather Columbus
$
1.7
€
1.9019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanla Malayziya arasında hüquq-mühafizə sahəsində əlaqələr inkişaf etdirilir

30 Oktyabr, 26 / 15:46
A A

Oktyabrın 30-da Baş prokuror Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli görüşü ilə əlaqədar ölkəmizdə səfərdə olan Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman ilə görüşüb.

Bu barədə Zefer.media-ya Baş Prokurorluqdan məlumat verilib.

Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Azərbaycan ilə Malayziya arasında mövcud dostluq münasibətlərinin, siyasi əlaqələrin və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı əməkdaşlığın hüquq-mühafizə sahəsində əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Baş prokuror 2025-ci ilin may ayında Bakıda Baş Prokurorluq və BMT-nin GlobE Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilmiş Şəbəkənin 6-cı Plenar İclasında və İdarəetmə Komitəsinin 10-cu iclasında Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Milli Maliyyə Cinayətləri ilə Mübarizə Mərkəzinin nümayəndə heyətlərinin iştirakını məmnunluqla qeyd edib.

Həmçinin Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası nəzdində fəaliyyət göstərən Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası (MACA) ilə Azərbaycan prokurorluğu arasında formalaşmış əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Akademiyanın təlim və tədris proqramlarında Azərbaycan prokurorluq əməkdaşlarının iştirakının onların peşəkar bilik və praktiki bacarıqlarının artırılmasına, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsinə və xidməti fəaliyyətdə tətbiqinə imkan yaratdığı bildirilib.

Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasına və uğurla keçirilməsinə görə təbriklərini ifadə edib, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, habelə Azərbaycanda şahid olduğu inkişaf barədə təəssüratlarını bölüşüb. O, ölkələrimiz və müvafiq qurumlar arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində, o cümlədən qabaqcıl təcrübə mübadiləsinin və peşəkar kadr hazırlığının inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə qurumlar arasında əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması, eləcə də qarşılıqlı təcrübə səfərlərinin təşkili məsələləri müzakirə olunub və bu istiqamətlərdə ilkin razılıq əldə edilib.

Bununla yanaşı, korrupsiya cinayətlərinin aşkar edilməsi, araşdırılması və cinayət təqibinin həyata keçirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın və aktivlərin izlənilməsi, bərpası və müsadirəsi, habelə korrupsiya risklərinin qiymətləndirilməsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər, həmçinin MACA-nın imkanlarından istifadə etməklə korrupsiya cinayətlərinin araşdırılması və təqibi üzrə ixtisaslaşdırılmış təlim və sertifikatlaşdırma proqramlarının təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüblər.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib.

Qonaqlara Azərbaycan Prokurorluğunun tarixi, müxtəlif dövrlərdə fəaliyyəti və müasir inkişaf mərhələləri barədə məlumat verilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Aqrar Universitetdə 50-dən çox müəllimin müqaviləsi ləğv edildi

Oktyabr 30, 2026
Cəmiyyət

Gömrük işçilərinin vəzifə dəyişikliyi prosedurları yenilənir

Oktyabr 30, 2026
Cəmiyyət

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Oktyabr 30, 2026
Cəmiyyət

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

Oktyabr 28, 2026
Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026

XƏBƏR LENTİ

Aqrar Universitetdə 50-dən çox müəllimin müqaviləsi ləğv edildi

30 Oktyabr, 26 / 16:42

Hörmüz boğazının cənubunda neft tankeri hücuma məruz qalıb

30 Oktyabr, 26 / 16:37

Binance-in təsisçisi kiberhücum faktını təsdiqləyib və istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu bildirib

30 Oktyabr, 26 / 16:31

Gömrük işçilərinin vəzifə dəyişikliyi prosedurları yenilənir

30 Oktyabr, 26 / 16:19

Binance-in isti pul kisələrindən 3,55 milyard dollarlıq kriptoaktiv köçürülüb

30 Oktyabr, 26 / 16:18

Fransa etirazların yatırılması üçün zirehli transportyorlar və xüsusi təlim keçmiş itlər hazırlayır

30 Oktyabr, 26 / 16:00

Ceyhun Bayramov TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxış edib – Foto

30 Oktyabr, 26 / 15:59

“İks-adamlar” filminin ulduzu Patrik Stüart 86 yaşında vəfat edib

30 Oktyabr, 26 / 15:49

Azərbaycanla Malayziya arasında hüquq-mühafizə sahəsində əlaqələr inkişaf etdirilir

30 Oktyabr, 26 / 15:46

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

30 Oktyabr, 26 / 15:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.