Binance kriptovalyuta birjasının isti pul kisələrindən ümumi dəyəri 3,55 milyard dollar olan kriptoaktivlər naməlum pul kisəsinə köçürülüb. Hadisənin mümkün kiberhücumla əlaqəli olduğu ehtimal edilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, blokçeyn analitiki Spreek bu barədə məlumat yayıb. Qeyri-adi aktivlik “Arkham” platformasının məlumatlarında da qeydə alınıb.
Məlumata görə, daxil olan köçürmələrin həcmi təxminən 3,55 milyard dollar təşkil edib. Bununla yanaşı, sonradan təxminən 900 milyon dollar dəyərində aktiv digər pul kisələri arasında köçürülüb.
Spreekin sözlərinə görə, smart-kontraktın çağırılması üçün tələb olunan vəsait “Tornado Cash” vasitəsilə təmin edilib.
Binance hələlik kiberhücum faktını təsdiqləməyib.
Pərvin Hacıyeva

















