• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27
A A

28 oktyabr 2026-cı tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında sumqayıtlı veteranlarla görüşüb.

Bu barədə Zefer.media– ya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından məlumat verilib.

Veteranlarla birgə, şəhər ziyalılarının, dövlət qurumları nümayəndələrinin qatıldığı görüşdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranların ölkəmizin ictimai həyatındakı rolundan bəhs edib, Prezident İlham Əliyevin tövsiyyə və çağırışlarının veteranlar tərəfindən hər zaman qətiyyətlə dəstəkləndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ilk öncə 8 Noyabr zəfərinə, bu zəfərin tarixi əhəmiyyətinə toxunub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışıb:

“Heç kimə sirr deyil ki, 8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qalibiyyətidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub.

44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq”.

Cəlil Xəlilov öz çıxışını çağırışla başa çatdırıb:

“Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur”.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından, bu çıxışdan irəli gələn vəzifələrdən danışıb. Prezident İlham Əliyevin 2020-ci ilə qədər qurucu lider kimi tanındığını bildirən Eldar İsmayılov, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın xilaskar liderə çevrildiyini vurğulayıb.

YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışına, bu çıxışdakı əsas müddəalara diqqət çəkib. Dövlət başçısının qurultaydakı çıxışı ilə bağlı Sumqayıtda da çoxsaylı tədbir və görüşlərin keçirildiyini bildirən Ramiz Hüseynov Müzəffər Ali Baş Komandanın çıxışının dövlət siyasətimizin strateji istiqamətlərini müəyyənləşdirdiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev Qurultayla bağlı ictimai münasibətlər mövzusunda çıxış edib, eyni zamanda, dövlətimizə qarşı kənar güclər tərəfindən həyat keçirilən təxribatların Azərbaycan xalqı və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə dəf edildiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Qurultay nümayəndəsi kimi dövlət başçısının nitqindən irəli gələn məsələlərə toxunub, həmçinin, ideoloji təhlükəsizliyin önəmindən bəhs edib. Fərman Kazımov qeyd edib ki, son aylar bəzi kənar qüvvələrin ölkəmizə təzyiq göstərmək cəhdləri ideoloji təhlükəsizliyin nə qədər önəmli olduğunu bir daha ortaya qoymuş oldu.

Maraqlı çıxış və müzakirələr şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026
Cəmiyyət

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Oktyabr 28, 2026
Cəmiyyət

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

Oktyabr 27, 2026
Cəmiyyət

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

Oktyabr 26, 2026
Cəmiyyət

13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı

Oktyabr 26, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.