• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.2° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Turizm

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11
A A

Türkiyənin Antalya şəhərində 26-28 oktyabr tarixlərində keçirilən ATF26 – Beynəlxalq Antalya Turizm Sərgisi dünya turizm sənayesinin aparıcı nümayəndələrini bir araya gətirib. ANFAŞ Antalya Fuar Mərkəzində keçirilən sərgidə müxtəlif ölkələrdən turizm şirkətləri, hotel qrupları, turizm təşkilatları, dövlət və özəl sektor nümayəndələri iştirak edib. Sərgidə Azərbaycanın turizm imkanları da geniş ekspozisiya sahəsi ilə təqdim edilib.

Zefer.media xəbər verir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin (AHTTSA) sədri Ceyhun Aşurov AFN.az-a açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində turizm şirkətləri ilə yanaşı, “Skal Baku” klubunun və AHTTSA-nın təmsilçiləri də var. Onun sözlərinə görə, sərgi çərçivəsində müxtəlif ölkələrdən və xüsusilə Türkiyədən olan turizm peşəkarları ilə görüşlər keçirib, yeni əməkdaşlıq imkanlarını müzakirə edib. O qeyd edib ki, turizmin gələcəyinin müzakirə olunduğu Antalya sərgisinin əsas xüsusiyyətlərindən biri yalnız turizm məhsullarının təqdimatı və işgüzar görüşlərlə məhdudlaşmaması, həm də sektorun gələcəyinin müzakirə edildiyi böyük fikir platformasına çevrilməsidir.

Qeyd edək ki, builki sərgidə 100-dən çox spikerin iştirakı ilə çoxsaylı panel və sessiyalar keçirilib.

Azərbaycan nümayəndələri də sərgi çərçivəsində bir sıra maraqlı panel və təqdimatları izləyiblər.

Xüsusilə turizmin gələcəyi ilə bağlı müzakirələrdə süni intellekt, rəqəmsal transformasiya, məlumat əsaslı qərarvermə, fərdiləşdirilmiş turist təcrübəsi, dayanıqlı turizm, yeni turizm bazarları və dəyişən istehlakçı davranışları ön plana çıxıb.

“Panel müzakirələri göstərir ki, turizm artıq yalnız hotel, aviabilet və turpaketlərin satışından ibarət ənənəvi biznes modeli deyil. Texnologiyanın inkişafı, süni intellekt və məlumat analitikası turizm biznesinin demək olar ki, bütün mərhələlərinə təsir edir.

ATF26 çərçivəsində keçirilən “The Future of Tourism Technologies” sessiyasında da süni intellekt, avtomatlaşdırma, məlumat texnologiyaları, qonaq təcrübəsi, gəlir idarəçiliyi və dayanıqlılıq kimi istiqamətlərin turizm sektorunun gələcəyini formalaşdırdığı vurğulandı”, – deyə assosiasiya sədri bildirib.

Lakin Ceyhun Aşurov onu da diqqətə çatdırıb ki, turizmdə insan kapitalı ilə texnologiyanın gələcəkdə necə uzlaşdırılacağı da bu sahənin gələcəyini müəyyənləşdirən mühüm amildir: “Sərgidə böyük maraqla qarşılanan “2030-a doğru turizmdə insan və texnologiya” kimi sessiyalar göstərir ki, qarşıdakı illərdə texnologiyanın inkişafı ilə yanaşı, peşəkar kadr, yaradıcılıq, kommunikasiya və qonaqpərvərlik bacarıqları turizm sənayesində öz əhəmiyyətini qoruyacaq.

Bu baxımdan Azərbaycan üçün də mühüm nəticələr ortaya çıxır. Turizm sektorunun gələcək rəqabət qabiliyyəti yalnız yeni hotellərin və turizm obyektlərinin sayından deyil, həm də rəqəmsal texnologiyalardan istifadə, peşəkar kadr hazırlığı, xidmətin keyfiyyəti və turist təcrübəsinin fərdiləşdirilməsindən asılı olacaq”.

ATF26-da müzakirə olunan digər mühüm məsələlərdən biri turizm bazarlarının dəyişməsi və yeni istiqamətlərin formalaşması olub.

Ekspertin fikrincə, “Misir və Şərqi Aralıq dənizi: turizmdə yeni investisiyalar, yeni bazarlar və regional əməkdaşlıqlar” kimi sessiyalar turizmdə regional əməkdaşlığın və yeni bazarlara çıxışın əhəmiyyətini önə çəkib.

“Azərbaycan üçün bu yanaşma xüsusilə aktualdır. Ölkəmizin Türkiyə ilə sıx turizm əlaqələri, Mərkəzi Asiya ölkələri ilə artan əməkdaşlıq imkanları və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni turizm marşrutlarının və regional turizm məhsullarının yaradılması üçün əlavə imkanlar yaradır”, -deyə Ceyhun Aşurov bildirib.

Sərgidə “Skal Baku” klubunun xətti ilə Türkiyə Skal nümayəndələri və beynəlxalq turizm liderləri ilə də görüşlər keçirilib. “Skal İnternational”ın beynəlxalq turizm peşəkarlarını bir araya gətirən şəbəkə olması Azərbaycan turizm sənayesinin xarici bazarlarda tanıdılması və yeni biznes əlaqələrinin qurulması baxımından mühüm platforma yaradır.

Azərbaycan nümayəndələrinin Antalya Turizm Sərgisində iştirakı bu baxımdan yalnız sərgidə iştirak deyil, həm də yeni tərəfdaşlıqların qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan turizminin gələcək inkişaf istiqamətlərinin dünya trendləri ilə müqayisə edilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər.

Sonda assosiasiya sədri vurğulayıb: “Antalyada keçirilən müzakirələrdən ortaya çıxan əsas nəticə budur: turizmin gələcəyi daha çox texnologiya, insan kapitalı, fərdiləşdirilmiş xidmət, dayanıqlılıq, yeni bazarlar və beynəlxalq əməkdaşlıq üzərində qurulacaq.

ATF26 bir daha göstərdi ki, turizmdə gələcək artıq uzaq perspektiv deyil – gələcəyin turizmi bu gün formalaşır”.

Bənzər Xəbərlər

Turizm

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Oktyabr 27, 2026
Turizm

Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib

Oktyabr 27, 2026
Turizm

ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi

Oktyabr 26, 2026
Turizm

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

Oktyabr 22, 2026
Turizm

Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub

Oktyabr 22, 2026
Gündəm

Samsundan Azərbaycana sağlamlıq körpüsü: Səhiyyə və turizm sahəsində yeni əməkdaşlıq imkanları yaradılır -FOTOLAR

Oktyabr 21, 2026

XƏBƏR LENTİ

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

Meloni Ukraynaya yeni hərbi yardım paketinin göndərilməsini ABŞ-dəki seçkilərədək təxirə salıb

28 Oktyabr, 26 / 15:32

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

28 Oktyabr, 26 / 15:31

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

28 Oktyabr, 26 / 15:22

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

28 Oktyabr, 26 / 15:19

Bernie Sanders İlon Maskın sərvətinin artmasına və siyasi xərclərinə diqqət çəkib

28 Oktyabr, 26 / 15:13

Putin Finlandiya və Norveç liderlərinə 90 dəqiqə tarixdən danışıb

28 Oktyabr, 26 / 15:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.