İtaliyanın Baş naziri Corcia Meloni Ukraynaya nəzərdə tutulan 13-cü hərbi yardım paketinin təhvil verilməsini ABŞ Konqresinə aralıq seçkilər keçirilənədək təxirə salıb. Paket artıq hazırlanıb.
Zefer.media “Il Giornale d’Italia” nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmiləri məlumat yayıb.
Məlumata görə, hərbi yardımın nə vaxt göndəriləcəyi ilə bağlı konkret tarix müəyyənləşdirilməyib.
Pərvin Hacıyeva

















