Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada ciddi sarsıntıların yaşandığını və mövcud beynəlxalq vəziyyətin Soyuq müharibə dövründəkindən daha mürəkkəb olduğunu bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Tokayev dövlətlər arasında etimadsızlığın artdığını, beynəlxalq hüququn təsirinin zəiflədiyini və BMT-nin böhranla üzləşdiyini vurğulayıb.
“Belə mürəkkəb və gözlənilməz vəziyyət hətta Soyuq müharibə dövründə də olmayıb”, – deyə o bildirib.
Prezident Qazaxıstanın müstəqilliyinin və suverenliyinin qorunması ilə bağlı həll edilməli çoxsaylı məsələlərin olduğunu qeyd edərək cəmiyyəti birliyə və nizam-intizama çağırıb.
Tokayev, həmçinin ölkəsinin müstəqilliyinin 35-ci ildönümünü və yeni Konstitusiyanı xatırladaraq, onu “bir neçə nəsil arasında müqəddəs saziş” adlandırıb.
Qəmər Kazımzadə

















