Braziliyada prezident seçkilərində məğlub olan Flavio Bolsonaro ölkədən getdikdən sonra ailəsi ilə birlikdə ABŞ-yə gəlib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.
Məlumata görə, Mayamidə siyasətçini qardaşı Eduardu Bolsonaro qarşılayıb. Nəşr iddia edir ki, Eduardu Bolsonaro ABŞ hakimiyyəti ilə birlikdə onun ölkədən getməsini təşkil etmiş ola bilər.
Qeyd edək ki, bu iddia ilə bağlı əlavə təsdiqlənmiş məlumat təqdim olunmayıb.
Qəmər Kazımzadə

















