Mozambik prezidentinin “Qaz İxrac Edən Ölkələr Forumu”nda (GECF) çəkilmiş fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Zefer.media xəbər verir ki, afrikalı siyasətçi tədbirdən olan fotosunu sosial şəbəkə hesablarında paylaşıb.
Paylaşımın müəllifi fotonu Rusiya Prezidenti Vladimir Putinə qarşı istehza ilə təqdim edib. Mətndə Putinin boyu ilə bağlı kompleksləri olduğu və xüsusi hündür dabanlı ayaqqabılardan istifadə etdiyi iddia olunur.
Qeyd edək ki, paylaşımın tonu istehzalıdır və fotonun özü bu iddiaları təsdiqləmir.
Qəmər Kazımzadə

















