• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.4° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

27 Oktyabr, 26 / 16:13
A A

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Zefer.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə bitirib.

1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı İstintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.

2009-cu ilin fevral ayından Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.

2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.

20 noyabr 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Göründüyü kimi, 49 yaşı yenicə tamam olan Mirsaleh Seyidov cəmi 3 il öncə vəzifəyə təyin olunmuşdu, həmçinin ona etiomad göstərilmiş və ədliyyə general-mayoru rütbəsi verilmişdi.

Onun yerinə təyin edilən Sahib Rzayev də 1977-ci il təvəllüdlüdür və M.Seyidovla eyni ixtisas sahibidir. Buna baxmayaraq, M.Seyidov birbaşa ədliyyə sistemində, istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində çalışan kadr idi. S.Rzayev isə fəaliyyətini 2023-cü ildən Ədliyyə Nazirliyində davam etdirib.

Bakupost.az yazıb ki, Seyidov ədliyyə naziri Fikrət Məmmədovun dövründə bu vəzifəyə gətirilib. Lakin 2024-cü ilin fevralında Fərid Əhmədovun ədliyyə naziri təyin edilməsindən sonra nazirlikdə yeni idarəçilik yanaşmaları və kadr islahatları həyata keçirilməyə başlanılıb.

Bu dəyişikliklər Penitensiar Xidmətdən də yan keçməyib. Diqqətçəkən məqamlardan biri 2025-ci ilin noyabrında nazir Fərid Əhmədovun qərarı ilə Penitensiar Xidmətin iki vəzifəli şəxsinin ədliyyə orqanlarından xaric edilməsi olub.

Belə ki, xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Penitensiar Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin qulluğuna xitam verilib.

Bundan başqa, xidməti işlərinə məsuliyyətsiz yanaşdıqlarına və fəaliyyətlərində ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşı da intizam məsuliyyətinə cəlb olunub.

Nazirliyin mətbuat xidməti həmin vaxt bu məlumatları təsdiqləyib.

Xüsusilə Daxili təhqiqat şöbəsinin rəhbərinin kobud pozuntulara görə sistemdən uzaqlaşdırılması diqqət çəkmişdi. Çünki sözügedən struktur Penitensiar Xidmət daxilində qanun pozuntularının araşdırılması və xidməti intizamın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, Seyidovun rəhbərlik etdiyi dövrdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqları və onlarla rəftarla bağlı şikayətlər də mətbuatda müzakirə olunub.

Bu və digər müraciətlər penitensiar müəssisələrdə daxili nəzarətin effektivliyi, məhkumların hüquqlarının qorunması və şikayətlərin obyektiv araşdırılması məsələlərini yenidən gündəmə gətirmişdi.

Maraqlıdır ki, Ədliyyə Nazirliyinin rəhbərliyi də son illərdə Penitensiar Xidmət qarşısında şəffaflığın artırılması, qanunçuluğun möhkəmləndirilməsi və nizam-intizamın gücləndirilməsi ilə bağlı konkret tələblər qoyurdu.

2025-ci ilin fevralında keçirilən əməliyyat müşavirəsində cəzaçəkmə müəssisələrində aparılmış monitorinqlərin nəticələri, saxlanma şəraiti və məhkumların hüquqlarının təmin olunması məsələləri müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdi.

2026-cı ilin iyulunda keçirilən müşavirədə də nazir Fərid Əhmədovun şəffaflıq, qanunçuluq və nizam-intizamla bağlı tapşırıqları bir daha diqqətə çatdırılmışdı.

Bütün bunlar fonunda Mirsaleh Seyidovun vəzifədən azad olunması Penitensiar Xidmətdə aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Bununla belə, onun işdən çıxarılmasının məhz hansı idarəçilik qərarları, xidməti nöqsanlar və ya şikayətlərlə bağlı olduğu rəsmən açıqlanmayıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

Oktyabr 26, 2026
Cəmiyyət

13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı

Oktyabr 26, 2026
Cəmiyyət

Elnarə Baxış işindən azad olundu

Oktyabr 26, 2026
Cəmiyyət

Məşhur jurnalist ATV-də baş redaktor təyin edildi

Oktyabr 26, 2026
Cəmiyyət

Yasamalda yanğın təhlükəsizliyi qaydalarını pozan restoran bağlandı

Oktyabr 26, 2026
Cəmiyyət

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

Oktyabr 25, 2026

XƏBƏR LENTİ

Slovakiya səfirliyinin müşaviri Vladimir Jezek Veteranlar Təşkilatında görüş keçirdi – FOTO

27 Oktyabr, 26 / 16:35

Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

27 Oktyabr, 26 / 16:18

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

27 Oktyabr, 26 / 16:13

Zaqatalada gənclərin iqtisadi maarifləndirilməsi istiqamətində tədbirlər keçirilib

27 Oktyabr, 26 / 15:37

Balakəndə gənclərin iqtisadi biliklərinin artırılmasına həsr olunan tədbirlər keçirilib

27 Oktyabr, 26 / 15:28

Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI

27 Oktyabr, 26 / 13:41

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

26 Oktyabr, 26 / 22:39

Azərbaycan QHT-lərindən İran Prezidentinə – Açıq məktub

26 Oktyabr, 26 / 22:00

Çanaqqala Onsekiz Mart Universitetindən Türk dünyası və region üçün nümunəvi addım “Yaşıl Transformasiya Təhsil Modeli” həyata keçirilir

26 Oktyabr, 26 / 19:54

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də

26 Oktyabr, 26 / 18:43

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.