• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Yaxın Şərqdə təhlükəli ssenari: Nüvə yarışı başlayır?

03 Mart, 26 / 18:30
A A

Yaxın Şərqdə baş verən son hadisələr regionda hərbi və siyasi balansın həssas mərhələyə keçdiyini göstərir. Xüsusilə, İranın nüvə proqramı ətrafında davam edən mübahisələr vəziyyəti daha həssas edir. Mövcud şərtlər altında əsas suallardan biri nüvə silahının işə salınması riskinin nə dərəcədə real olmasıdır. Hərbi eskalasiyanın dərinləşməsi qlobal təhlükəsizlik üçün ciddi narahatlıq olaraq qalır.

ABŞ, İsrail və İran münasibətlərində gərginlik barədə Zefer.media-ya açıqlama verən hərbi ekspert Emin Həsənli İranın nüvə proqramının illərdir beynəlxalq müzakirələr mərkəzində olduğunu qeyd edib:

“Bu məsələ uzun müddətdir müzakirə olunur və İranın nüvə proqramı beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Xüsusilə, Amerika Birləşmiş Ştatları və İsraili narahat edən əsas məqam ondan ibarətdir ki, İranın nüvə silahı əldə etməsi İsrail üçün ciddi təhlükə yarada bilər. Bunun ardınca isə Səudiyyə Ərəbistanı, Misir və Türkiyə kimi digər müsəlman ölkələrinin də bu silaha sahib olmaq istəyi ortaya çıxa bilər. Məhz nüvə silahının yayılmasının qarşısını almaq məqsədilə bu istiqamətdə müxtəlif proseslər həyata keçirilir. Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, bu iddiaları irəli sürən dövlətlərin özləri də nüvə silahına malikdirlər”.

Hərbi ekspert vurğulayıb ki, mütəxəssis qiymətləndirmələrinə görə, İranın nüvə silahına yaxınlaşması indiyə qədərki ən yüksək səviyyədədir:

“Beynəlxalq araşdırma mərkəzləri və bu sahə üzrə fəaliyyət göstərən ekspert qrupları bildirirlər ki, İran nüvə silahı əldə etməyə heç vaxt indiki qədər yaxın olmayıb. Onilliklərdir müzakirə olunan bu məsələ hazırda daha aktual mərhələyə keçib. Maraqlı məqamlardan biri də budur ki, ABŞ İkinci Dünya müharibəsi ərəfəsində qısa müddət ərzində nüvə silahı əldə etmiş, 1945-ci ildə Yaponiyaya tətbiq etdikdən dörd il sonra isə SSRİ 1949-cu ildə sınaqlar vasitəsilə bu silaha sahib olmuşdu.

Bu baxımdan sual yaranır: XXI əsrdə bu proses niyə bu qədər uzanır? İranın bunun üçün kifayət qədər elmi potensialı, mütəxəssisləri və zəruri xammalı varmı? Bu ayrıca müzakirə mövzusudur. İran isə hər dəfə nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan edir və beynəlxalq aləmdə bunun əksini sübut edən rəsmi dəlil təqdim olunmayıb.

Son 12 günlük müharibə zamanı Amerika Birləşmiş Ştatları bəyan etdi ki, bu məsələ uzun müddət üçün bağlanıb və İranın nüvə obyektləri zərərsizləşdirilib. Hazırda isə müharibə davam edir və qısa müddətdə başa çatmasa, genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Münaqişə uzandıqca digər dövlətlərin prosesə qoşulma ehtimalı da artır.

İran hazırda tək görünməsinə baxmayaraq, müharibə uzanacağı təqdirdə Çin tərəfindən dəstək ala bilər. Bu, Çin üçün Amerika Birləşmiş Ştatlarını zəiflətmək baxımından strateji əhəmiyyət daşıya bilər. Rusiya isə öz hərbi münaqişəsi səbəbindən zəif mövqedədir. Bununla belə, Çin İrana silah-sursat və digər zəruri vasitələr təqdim edə bilər. Hazırda Çinin kəşfiyyat dəstəyi göstərdiyinə dair məlumatlar mövcuddur. Müharibə uzandıqca, ABŞ-ın əsas rəqibi olaraq Çin prosesin davam etməsində maraqlı ola bilər”.

Sonda E.Həsənli ABŞ və İsrailin prosesi tezliklə bitirməyə çalışdığını bildirib:

“Amerika Birləşmiş Ştatları və İsrail isə qısa müddətdə prosesi yekunlaşdırmağa çalışır. Onların ixtiyarında güclü silah sistemləri var və hədəfləri dəqiq zərbələrlə vururlar. İranın isə uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər ehtiyatlarının olmadığı bildirilir. Uzun illər embarqo şəraitində yaşayan İran üçün ABŞ kimi güclü dövlətlə genişmiqyaslı müharibə aparmaq olduqca çətindir. Bu səbəbdən ehtimal edilir ki, müharibə qısa müddət ərzində yekunlaşa bilər”.

Pərvin

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026
Siyasət

Səudiyyə Ərəbistanı nüvə dövləti ola bilər? - Səudiyyə ilə sazişin pərdəarxası

İyul 22, 2026
MEDİA

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

İyul 22, 2026
Manşet

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

İyul 22, 2026

XƏBƏR LENTİ

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.