• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.3° Weather Ashburn
$
1.7
€
1.909
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19
A A

…Maestro Fuad İbrahimov Üzeyir Hacıbəylinin “Uvertürası” ilə başlayıb, Qara Qarayev, Fikrət Əmirovun bəstələrinə keçir, “Sarı gəlin”lə davam edir… Sonra Alim Qasımov “Qaragilə” ilə gəlir, ardınca Yusif Eyvazov, Murad Hüseynov, İsfar Sarabski, Sevda Ələkbərzadə, Samir Cəfərov…

Maestro simfonik orkestrlə Niyazinin “Rast”ını ifa edir, Rüfət Xəlilzadənin yetirmələri eyni səhnədə canlı rəqs edirlər.

İsveçrənin fransızdilli kantonunun bənzərsiz mədəniyyət şəhəri Montrö iki gün Azərbaycan musiqisi ilə yaşayır. Qərbin şeir dili ilə danışanlarını Şərqin maestrosu öz sehrli çubuğu ilə ayağa qaldırır. Maestro sehrli çubuğunu tərpədəndə nəfəsini içinə çəkən zal kəsilən musiqi ilə oyanır, alqışlayır, yeni sehr istəyir…

***

Montrö Klassik Musiqi Festivalının 80 illiyi çərçivəsində təşkil edilmiş Azərbaycan Mədəniyyət Günlərində iştirak edən nümayəndə heyətinin tərkibindəyəm. Yaradılışdan rəsm əsəri olan bu şəhər bizi günəşli hava ilə qarşılayır.

Azərbaycan Dövlət Rəqs Ansamblının konsertindən sonrakı gün qala gecəsində simfonik orkestrimizin çıxışı ilə “Auditorium Stravinski” səhnəsinin zalı dolur.

Bu şəhərə özünü 2009-cu ildə Montrö Caz Festivalındakı qələbəsi ilə tanıdan İsfar Sarabski, Şəhriyar İmanov və Sevda Ələkbərzadə isveçrəlilərə “musiqi qonaqlığı” verir. Hələ İsfar Sarabski, İlkin Dövlətov və Şəhriyar İmanov üçlüyünün səhnə performansı… Piano, tar, muğam…

Dinlədikcə düşünürəm.

Müharibələr xalqlardan təkcə torpaq almaq, adam öldürmək üçün başlanmır. Müharibələr həm də ənənələri qırmaq, mədəniyyəti məhv, dəyərləri yox etmək üçündür. Düşmən ənənələri qırıb, mədəniyyəti məhv, dəyərləri yox edəndə torpaq da əbədi unudulur, işğal da rəsmiləşir…

Biz unutmadıq, çünki ənənələri qırılmağa qoymadıq, dəyərləri qoruduq, mədəniyyətə sahib çıxdıq. “Auditorium Stravinski” səhnəsini sehrli çubuğu ilə vəcdə gətirən Fuad İbrahimov, səsi Montrö sahillərinə dalğa-dalğa yayılan Samir Cəfərov, Yusif Eyvazov, ifası ilə heyrətləndirən Ceyla Seyidova, Elvin Hoca, Murad Hüseynov onlarla musiqi adamı, sənət insanı işğal dövründə yetişdirilib, oxutdurulub, Heydər Əliyev Fondunun dəstəyi ilə böyük səhnələrə çıxıb. Biz Niyazini, Bülbülü, Soltan Hacıbəylini, Fikrət Əmirovu Şuşada qoyub gəlmədik.

Biz dəyərlərimizi yox olmağa qoymadıq, ənənələri qırmadıq. Çünki torpaq adamdı, dövlət dəyərdi, mədəniyyət ənənədi.

Biz ona görə qalib gəldik, ona görə qayıda bildik ki, bu Qələbənin Memarı ənənəni qırılmağa, dəyəri yox olmağa qoymadı. Bu Qələbənin Memarı heç vaxt mədəniyyətin məğlubiyyətinə imkan vermədi…

Bunları düşünürəm, Murad Hüseynov Fikrət Əmirovdan ifa edir. Mənə elə gəlir, “Auditorium Stravinski” səhnəsində, onun pianosunun ətrafında dahi Üzeyir, Soltan Hacıbəylilər, Niyazi, Bülbül, Fikrət Əmirov… və kimlər-kimlər dayanıb. Muradın böyüklüyü bundadı, müasir olduğu qədər milli, təvazökar olduğu qədər böyük…

Konsert bitir, Montrönün sərin küçəsinə çıxırıq. Hələ qulağımda Alim Qasımovun səsi cingildəyir:

“Təbrizin küçələri dolanbadolan…”

Vüsalə Mahirqızı

Bakı-Montrö-Bakı

Bənzər Xəbərlər

Mədəniyyət

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Oktyabr 16, 2026
Mədəniyyət

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Oktyabr 14, 2026
Mədəniyyət

Mədəniyyətlərarası dialoq və gənclər: ortaq gələcəyə aparan yol

Oktyabr 12, 2026
Mədəniyyət

Xuraman Muradova: Türk dünyasının sözü Bakıda birləşdi

Sentyabr 23, 2026
Gündəm

Alla Axundova VƏFAT ETDİ 

Sentyabr 17, 2026
Mədəniyyət

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

Avqust 27, 2026

XƏBƏR LENTİ

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

17 Oktyabr, 26 / 10:33

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

17 Oktyabr, 26 / 10:20

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

16 Oktyabr, 26 / 21:50

Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3 faiz böyüməsi gözlənilir

16 Oktyabr, 26 / 21:50

Seymur Nəcəfova yüksək vəzifə verildi

16 Oktyabr, 26 / 21:47

Zelenski Trampın onu “günah keçisi” etməsi ilə bağlı suala gülümsəyərək cavab verib

16 Oktyabr, 26 / 21:45

Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır

16 Oktyabr, 26 / 21:44

Zelenski ABŞ-dən enerji atəşkəsi müqabilində nə istədiyini açıqlayıb

16 Oktyabr, 26 / 21:41

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr, 26 / 21:38

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr, 26 / 21:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.