• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9093
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15 Sentyabr, 26 / 9:50
A A

Cavanşir Feyziyev
Milli Məclisin deputatı
1918-ci il mayın 28-də yaradılmş Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazıldı. Cumhuriyyətin qurulması ilə Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.
Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gündən başlayaraq xarici qüvvələr onun devrilməsinə çalışırdılar. Həmin ərəfədə S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Bakıda hakimiyyəti ələ keçirmişdi və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.

Azərbaycan milli azadlıq hərəkatının liderləri getdikcə şidətlənən daşnak-bolşevik təcavüzünü dayandırmağın yeganə yolunu Osmanlı dövlətindən hərbi yardım almaqda görürdülər. Çox mürəkkəb beynəlxalq geosiyasi şəraitdə müstəqilliyini elan etmiş və təxirəsalınmaz hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq siyasətinin ilk addımı kimi Türkiyə ilə dostluq müqaviləsi bağlamağı qərara aldı. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Azərbaycan xalqı üçün həyati əhəmiyyətə malik olan bu sənəd Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin şərtlərinə uyğun olaraq, Beşinci Qafqaz firqəsi (diviziyası) Mürsəl paşanın komandanlığı altında Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu.

Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi türk hərbi birləşməsinə yerli əhalidən toplanmış könüllülər də daxil oldu. Beləliklə, Qafqaz İslam Ordusunun şəxsi heyəti birgə qüvvələrdən formalaşdı.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti soyqırım taleyini yaşamaqda olan xalqı bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Azərbaycan hökuməti xarici müdaxilənin qarşısının alınması və dövlət müstəqilliyinin qorunub saxlanması məqsədilə əsas fəaliyyətini ordu quruculuğuna yönəltmişdi.

İyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə ordu quruculuğu istiqamətində mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırım cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etmək məqsədilə Fövqəladə Təhqiqat komissiyasının yaradılması barədə qərar qəbul olundu.

Qafqaz İslam Ordusunun hissə və bölmələri yarandığı gündən Azərbaycanın istiqlaliyyətini məhv etməyə çalışan bolşevik-daşnak qüvvələrinə qarşı ağır döyüşlərə başladı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusu Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi və s. ərazilərdə baş vermiş döyüşlərdə misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılmışdı. Bunların 8 mini osmanlı, 6 mini isə Azərbaycan türkləri idi. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olunmuş Bakının azad edilməsi ilə nəticələndi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.

Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı müsadirə edildi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verdi. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı təxminən 4000 nəfər olmuşdu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirilmiş birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı oldu. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora yollandı. Qafqaz İslam Ordusunun digər bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərdiyi bütün dövrdə Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə rus müdaxiləsindən azad etdi.

Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımların dayandırılmasında, Bakının işğaldan azad edilməsində və milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynadı.

1918-ci ildə müstəqilliyimizin təməlininin qoyulmasında Osmanlı dövlətinin göstərdiyi hərbi və siyasi dəstək milli dövlətçilik tariximizin sonrakı mərhələlərində də çox mühüm rol oynadı. 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, 2020-ci ildə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və bütün ərazilərimizdə suverenliyimizin bərpası da Türkiyə Respublikasının mənəvi-siyasi və hərbi dəstəyi nəticəsində baş verdi. Bütün bu tarixi hadisələr Azərbaycanla Türkiyə arasında bugünkü birlik və qardaşlıq münasibətlərimizin əbədi və sarsılmaz olduğunu bütün dünyaya göstərir. Gücümüz birlikdədir!

Bənzər Xəbərlər

Gündəm

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Oktyabr 9, 2026
Gündəm

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabr 9, 2026
Gündəm

Buna yol verə bilmərik

Oktyabr 9, 2026
Gündəm

Türkiyə Qran-Prisinin üçqat qalibi Felipe Massa İstanbulda – “Bu şəhəri heç vaxt unutmayacağam”

Oktyabr 8, 2026
Gündəm

Prezidentin yeni sərəncamı ilə mühüm postda əvəzlənmə oldu

Oktyabr 8, 2026
Gündəm

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Oktyabr 8, 2026

XƏBƏR LENTİ

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

09 Oktyabr, 26 / 18:49

Lukaşenko Azərbaycanın MDB-yə sədrliyini üzərinə götürmək qərarını tarixi adlandırıb

09 Oktyabr, 26 / 18:40

Monteneqroda “Rıbar” layihəsinin rəhbəri saxlanılıb

09 Oktyabr, 26 / 18:31

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

09 Oktyabr, 26 / 18:25

Süni intellektlə qətl üsullarını müzakirə edən Varşava sakini yoxlamaya aparılıb

09 Oktyabr, 26 / 18:15

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

09 Oktyabr, 26 / 18:13

Afrika ölkələri Ukraynadan əsir düşən vətəndaşlarını insan alveri qurbanı kimi tanımağı tələb edir

09 Oktyabr, 26 / 18:07

“Kuba artıq süqut edib” – Tramp İran məsələsindən sonra ada ilə bağlı nə planlaşdırır?

09 Oktyabr, 26 / 17:56

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr, 26 / 14:36

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

09 Oktyabr, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.