Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

1 Noyabr 2026, 15:3312
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan media məkanında fəaliyyət göstərən Crossmedia layihəsi yaradılmasının 2 illik yubileyini qeyd edir.

Qısa müddət ərzində rəqəmsal media bazarında özünəməxsus mövqe tutan platforma ənənəvi jurnalistika prinsipləri ilə müasir rəqəmsal alətləri və multimedia həllərini bir araya gətirib. Fəaliyyət dövründə layihə operativ xəbərlərlə yanaşı, cəmiyyəti maraqlandıran sosial problemlər, analitik mövzular və müxtəlif istiqamətli reportajlarla oxucuların qarşısına çıxıb.

Müasir medianın tələblərinə uyğun olaraq vizual həllərə və oxucu auditoriyasının tələbatına üstünlük verən Crossmedia, fərqli formatların sintezindən istifadə edərək informasiya mühitindəki dinamikasını qoruyub saxlamaqdadır.

Zefer.media komandası olaraq Crossmedia kollektivini 2 illik yubileyi münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar və yeni inkişaf mərhələləri arzulayırıq.

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600