Xarici xəbərlər

Putin Trampın Zelenskiyə neft emalı zavoduna hücum etməmək çağırışı ilə bağlı açıqlama verdi

14 Sentyabr 2026, 16:261
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Kreml ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını dayandırmaq çağırışını alqışlayıb.

Zefer.media “RBC-Ukrayna” agentliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynanın dizel yanacağı istehsal edən müəssisələrə hücumlardan çəkinməsi çağırışlarını dəstəkləyir.

“Əlbəttə ki, Kiyevin dinc iqtisadi infrastruktura hücumları dayandırmaq üçün etdiyi hər hansı bir çağırışı yalnız alqışlamaq olar”, – deyə Peskov qeyd edib.

Sözçü Kiyevin Trampın çağırışına razılıq verəcəyi təqdirdə Rusiyanın özünün Ukraynanın iqtisadi infrastrukturuna zərbə endirməkdən çəkinib-çəkinməyəcəyi sualına cavab verməkdən imtina edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600