Manşet

21 avqust – Rəşad Məcidin doğum günüdür

21 Avqust 2026, 14:095
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

21 avqust – tanınmış şair, yazıçı, Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin doğum günüdür.

Zefer.media xəbər verir ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb.

1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

O, Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Zefer.media olaraq Mətbuat Şurasının sədrini doğum günü münasibətilə təbrik edir, uzun və sağlam ömür arzulayırıq. Fəaliyyətində bol müvəffəqiyyətlər…

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600