Xarici xəbərlər

Lukaşenko II Qaregini ad günü münasibətilə təbrik edib

21 Avqust 2026, 17:213
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Belarus Prezidenti Aleksandr Lukaşenko Bütün Ermənilərin Katolikosu II Qaregini doğum günü münasibətilə təbrik edib.

Zefer.media BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko təbrikində II Qareginin bütün həyatının xristian kilsəsinə və erməni xalqına yüksək xidmət, fədakarlıq və sonsuz sədaqət nümunəsi olduğunu bildirib.

Belarus Prezidenti II Qareginin yorulmaz dini fəaliyyətinin, müdrik rəhbərliyinin və ənənəvi dəyərlərə sadiqliyinin həm Ermənistanda, həm də ölkə hüdudlarından kənarda böyük hörmət qazandığını vurğulayıb.

Lukaşenko II Qareginə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətində uğurlar arzulayıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600