Xarici xəbərlər

Yəmən və Somali sahillərində 30 dənizçinin olduğu iki gəmi quldurlar tərəfindən ələ keçirilib

21 Avqust 2026, 17:066
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yəmən və Somali sahillərində iki gəminin quldurlar tərəfindən ələ keçirildiyi bildirilir. Hadisələr nəticəsində ümumilikdə 30 dənizçinin təhlükə qarşısında qaldığı qeyd olunur.

Zefer.media “Hindistan Times”a istinadən xəbər verir ki, Ədən körfəzində “Sibu 1” tankerinə hücum edilib. Gəminin göyərtəsində 20 nəfər, o cümlədən 16 Hindistan vətəndaşı olub.

Digər hadisə isə Somalinin Puntland bölgəsi sahillərində baş verib. “M/V LUTUF” adlı gəminin quldurlar tərəfindən ələ keçirildiyi və gəmidə 10 dənizçinin olduğu bildirilir.

Hadisələrin təfərrüatları və dənizçilərin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600