• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan Dili və Əlifbası Günüdür

01 Avqust, 26 / 11:34
A A

1 avqust – Azərbaycan Dili və Əlifbası Günüdür.

Zefer.media xəbər verir ki, dil bir xalqın, dövlətin varlığının ən böyük göstəricisidir, sübutudur. Onun saflığını və zənginliyini qorumaq həmin dildə danışan insanların üzərinə düşür.

Azərbaycanda İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynayıb. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradıb. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmayıb.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım olub.

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirilib. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Bu hadisə ölkəmizdə savadsızlığın ləğv olunmasında mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və nəticədə SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planları meydana gəlib.

1940-cı il yanvarın 1-dən isə kiril qrafikalı Azərbaycan əlifbasına keçmək haqqında qərar qəbul olunub. Sonralar kiril qrafikasının dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparılıb. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri ortaya çıxıb.

Ölkəmiz 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ  dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlanıb. Belə qərarlardan biri əlifba ilə bağlı idi. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Ölkədə latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçirilib. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürülüb. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırılıb. Sözügedən dövrlər dövlətimizin Prezidenti olmuş Ulu Öndər Heydər Əliyev  2001-ci il avqustun 9-da avqustun 1-inin Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Ona görə də hər il avqustun 1-i adıçəkilən əlamətdar bayram ölkəmizdə keçirilir. Hər ilin bu günü dilimizin qorunmasının nə qədər vacib olduğunu daha da yaxşı anlayırıq.

 

Zərintac Mayisqızı 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Avqust 14, 2026
Cəmiyyət

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

Avqust 14, 2026
Cəmiyyət

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

Avqust 14, 2026
Manşet

Prezident İlham Əliyevdən daha 4 fərman

Avqust 14, 2026
Cəmiyyət

Sabahın havası açıqlanıb

Avqust 14, 2026
Cəmiyyət

“Azərişıq” Kəlbəcərdə yenidənqurma işləri həyata keçirir

Avqust 14, 2026

XƏBƏR LENTİ

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

İranda zəlzələ baş verib

14 Avqust, 26 / 15:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.