Belarus və Şimali Koreya vətəndaşların qarşılıqlı vizasız səfərləri haqqında ikitərəfli saziş imzalamağa hazırlaşır.
Zefer.media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus 1” telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, müvafiq ikitərəfli sazişin layihəsi artıq hazırlanıb. Sənədin imzalanması üçün yalnız bir neçə texniki məsələnin razılaşdırılması qalır.
“Ən yaxın zamanda onu imzalayacağıq”, – deyə Rıjenkov bildirib.
O qeyd edib ki, Şimali Koreyanın xarici işlər naziri ilə görüşü zamanı iki ölkə arasındakı münasibətlərin bütün spektri müzakirə olunub. Tərəflər xarici işlər nazirlikləri xətti ilə qarşıdakı təmaslar və bir sıra ikitərəfli sazişlərin imzalanması barədə də razılığa gəliblər.
Belarus XİN rəhbəri vətəndaşların vizasız səfərləri haqqında sazişi bu sənədlər arasında mühüm razılaşmalardan biri kimi qiymətləndirib.
Aytən Yalçınqızı

















