London Metropolitan Polisinin rəhbəri Mark Rouli komediyaçı və aktyor Russell Brand barəsində yeni şəxslərin də şikayət və ittihamlarla çıxış edə biləcəyini istisna etmədiyini bildirib.
Zefer.media BBC-yə istinadən xəbər verir ki, Rouli BBC Radio 4-ün “Today” proqramına müsahibəsində Brandın Southwark Kral Məhkəməsində keçirilən prosesində səsləndirilən bəzi fikirlərin qurbanı günahlandırmağa çox yaxın olduğunu da qeyd edib.
Xatırladaq ki, cümə axşamı məhkəmə Brandı bir zorlama və üç cinsi təcavüz ittihamı üzrə təqsirli bilib. O, daha iki zorlama ittihamı və bir nalayiq hücuma cəhd ittihamı üzrə isə bəraət alıb.
51 yaşlı Brandın barəsində hökm bazar ertəsi elan olunacaq.
Aytən Yalçınqızı

















