Rusiyanın müxtəlif bölgələrində “Ozon” şirkətinə məxsus olduğu bildirilən logistika obyektlərinə hücumlar həyata keçirilib.
Zefer.media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Adıgeyada “Ozon”un 91 min kvadratmetr sahəsi olan logistika mərkəzi hücuma məruz qalıb.
Bundan sonra Dağıstanda təxminən 130 min kvadratmetr sahəyə malik kompleksin də hədəfə alındığı bildirilir.
Krasnodarda isə sahəsi təxminən 9 min kvadratmetr olan obyektə zərbə endirilib. Yerli mənbələr bu obyektin “Ozon”un anbarı ilə əlaqəli olduğunu bildirirlər.
Hadisələrin Ukraynanın Müstəqillik Günü ərəfəsində baş verdiyi qeyd olunur.
Hücumların nəticələri və dəymiş zərərin miqyası ilə bağlı rəsmi məlumat verilməyib.
Aytən Yalçınqızı

















