İranın cənubundakı Fars əyalətində 212 milyard kubmetrdən çox qaz ehtiyatına malik yeni yataq aşkarlanıb.
Zefer.media TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad açıqlayıb.
Nazirin sözlərinə görə, yataqda ümumilikdə 212 milyard kubmetrdən çox qaz aşkarlanıb. Bərpa əmsalı nəzərə alınmaqla yataqdan təxminən 161 milyard kubmetr qazın hasil edilə biləcəyi gözlənilir.
Bundan başqa, yataqda qaz kondensatı ehtiyatlarının da olduğu müəyyənləşdirilib.
Paknejad bildirib ki, yatağın mümkün qədər qısa müddətdə istismara verilməsi üçün yerli qurumlar tərəfindən sürətləndirilmiş tədbirlər görülür.
Aytən Yalçınqızı

















