Dünya

Britaniya Ukraynaya SCALP raketləri ilə bağlı gizli məlumatları verəcək

24 Avqust 2026, 10:554
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Böyük Britaniya Ukraynaya SCALP raketlərinin istehsalında istifadə olunan Britaniya komponentləri ilə bağlı məxfi texniki məlumatların ötürülməsinə icazə verib.

Zefer.media Minval-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında bildirilib.

Məlumata görə, Britaniyanın müdafiə şirkəti MBDA-ya SCALP raketlərinin Britaniya istehsalı komponentləri barədə məxfi məlumatları Ukraynaya ötürməyə icazə verilib. Bu addım Ukrayna və Fransanın raketlərin istehsalı üçün Ukrayna ərazisində yerli istehsal xətləri yaratmaq planları çərçivəsində həyata keçiriləcək.

Britaniyanın Baş naziri Endi Börnəm qərarı bu gün Kiyevə səfəri zamanı açıqlayacaq.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600