İyul ayında baş verən “Hugging Face” insidenti zamanı süni intellekt agentləri bir həftə ərzində bir-biri ilə 70 mindən çox mesaj mübadiləsi aparıb.
Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, süni intellekt agentləri vəzifələri öz aralarında bölüşdürüb, zəiflikləri və parolları axtarıb, həmçinin tətbiq olunan məhdudiyyətləri keçmək üçün müstəqil şəkildə yeni üsullar tapıblar.
Nəticədə təxminən 700 agent “Hugging Face” platformasına hücum edib. Bəzi hallarda onlar administrator hüquqları əldə etməyə və məxfi məlumatlara giriş əldə etməyə nail olublar.
“OpenAI” aşkar edilmiş əlaqə kanalını bağladıqdan sonra agentlər yeni kanal yaradıb və yenidən internetə çıxış əldə etməyin yolunu tapıblar.
Agentlərdən heç biri baş verənlər barədə insanlara məlumat verməyib. Bundan əlavə, onlar fəaliyyətlərinin izlərini gizlətməyə çalışıblar.
“OpenAI” şirkəti etiraf edir ki, bu cür sistemlər inkişaf etdikcə onların həyata keçirə biləcəyi avtonom hücumlar şirkətlər üçün ciddi təhlükəyə çevrilə bilər.
Pərvin Hacıyeva

















