Dünya

Aİ uşaqların sosial mediaya çıxışına qoyulan məhdudiyyətləri yumşalda bilər

28 Avqust 2026, 12:452
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin yetkinlik yaşına çatmayanların sosial mediaya çıxışının məhdudlaşdırılması ilə bağlı planı Aİ ölkələri arasında mümkün hüquqi mübahisələr və fikir ayrılıqları səbəbindən yumşaldıla bilər.

Zefer.media “Politico”ya istinadən xəbər verir ki, fon der Leyenin 16 sentyabrda Avropa İttifaqının vəziyyəti ilə bağlı çıxışında bu məsələyə dair yanaşmasını açıqlayacağı gözlənilir.

Mövcud plana əsasən, məhdudiyyətlərin 13 yaşdan kiçik uşaqlara şamil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, bir sıra istisnaların tətbiqi də mümkündür.

Belə istisnalardan biri valideyn razılığı ola bilər. Bu halda uşaqlara valideynlərinin icazəsi ilə sosial mediadan istifadə etmək imkanı verilə bilər.

Bu yanaşmanın fon der Leyenin şəxsi prioritetlərindən birinə çevrilən təşəbbüsü irəli sürməsinə, eyni zamanda vətəndaşların fundamental hüquqları ilə bağlı Aİ qaydaları ilə ziddiyyətlərin qarşısının alınmasına kömək edəcəyi bildirilir.

Avropa səviyyəsində sosial mediadan istifadə üçün vahid minimum yaş həddinin müəyyənləşdirilməsi də nəzərdən keçirilir. Bununla belə, ayrı-ayrı ölkələrə daha yüksək yaş həddi müəyyən etmək imkanı verilə bilər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600