Nepal hakimiyyəti daşqın zamanı 3253 nəfəri xilas edib.
Zefer.media xəbər verir ki, bununla bağlı Ratopati Nepal hökumətinin sözçüsü Sasmita Pokharel deyib.
Xilasetmə əməliyyatları üçün on beş helikopter səfərbər edilib. Bundan əlavə, dörd helikopter zərər çəkmiş ərazilərə ərzaq və digər zəruri ləvazimatlar çatdırıb.
Qeyd edək ki, avqustun 26-da dağlıq Nepaldakı Bhote Koşi çayına güclü bir sel gəlib. Əsas daşqının zəlzələ və sonrakı sürüşmə nəticəsində baş verdiyi bildirilib. Avqustun 27-də ABŞ Geoloji Xidməti (USGS) seysmik hadisələrin təkanlardan deyil, buzlaq uçqunundan qaynaqlandığını ifadə edib.
Zərintac Mayisqızı

















