İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronun İranın nüvə proqramı ilə bağlı mövqeyini tənqid edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Əraqçi xatırladıb ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxmazdan bir qədər əvvəl Makron ABŞ Konqresində Fransa bu sazişi imzaladığı üçün Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmayacağını bəyan etmişdi.
Əraqçinin sözlərinə görə, Makron indi isə İranın “istənilən nüvə fəaliyyətinə” həmişə qarşı çıxdığını iddia edir.
“Öz mövqeyinizə sadiq qalın, cənab Prezident!” – deyə İranın xarici işlər naziri Fransa liderinə müraciət edib.
Pərvin Hacıyeva
















