ABŞ Prezidenti Donald Tramp İranın Konqresə aralıq seçkilər ərəfəsində neftin qiymətinin artmasına səbəb olmağa çalışdığını iddia edib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Tehran münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə hazırda Hörmüz boğazından daha çox neft daşınmasına baxmayaraq, zərbələr və minalanma barədə yalan məlumatlar yayır.
Tramp İran hakimiyyətini etirazçıları öldürməkdə də ittiham edib və son yeddi ay ərzində 75 min nəfərin həlak olduğunu iddia edib. Lakin bu rəqəmi təsdiqləyən müstəqil məlumat təqdim olunmayıb.
“İran heç vaxt nüvə silahına sahib olmamalıdır və heç vaxt da sahib olmayacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp ABŞ-nin Demokratlar Partiyasını da tənqid edərək, partiyanın və beynəlxalq ictimaiyyətin İran hakimiyyətinin hərəkətlərinə qarşı kifayət qədər sərt reaksiya vermədiyini bildirib.
Pərvin Hacıyeva





