Hadisə

Qazaxda TIR yanıb

23 Oktyabr 2026, 18:371
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Qazaxda yanğın hadisəsi baş verib.

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü N.Mehdiyev idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olan zaman avtomobil anidən alışıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yük avtomobilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600