Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun 11-ci kilometrliyində, Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Toyota Prado” və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.


















