Dünya

İranda kütləvi zəhərlənmə: 120 nəfər spirtli içkidən zəhərlənib, ölənlər var

24 Noyabr 2026, 11:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın Nişapur şəhərində 120 nəfər spirtli içkidən zəhərlənib. Hadisə nəticəsində azı 4 nəfər həyatını itirib.

Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, zəhərlənənlərdən birinin beyin ölümü keçirdiyi bildirilir. Bundan başqa, 14 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, 40 nəfər isə dializ aparatına qoşulub.

Hadisənin hansı növ spirtli içkidən qaynaqlandığı və zəhərlənmənin dəqiq səbəbləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600