Banner

Almaniyada miqrantlarla bağlı sərt çağırış: 2,6 milyon nəfərin ölkədən çıxarılması tələb olunur

24 Noyabr 2026, 10:121
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasının həmsədri Tino Xrupalla 2,6 milyonadək miqrantın ölkədən çıxarılmasına çağırıb.

Zefer.media xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

Xrupallanın sözlərinə görə, Almaniyanı tərk etmək öhdəliyi olan şəxslər və cinayət törətmiş əcnəbilərlə yanaşı, ukraynalı, suriyalı və əfqanıstanlı qaçqınların da geri qaytarılması məsələsinə baxılmalıdır.

Partiya lideri hesab edir ki, bu ölkələrdə siyasi və təhlükəsizlik vəziyyəti dəyişərsə, qaçqınların Almaniyada qalması üçün hüquqi əsaslar aradan qalxa bilər.

“Bu ölkələrdə siyasi və təhlükəsizlik vəziyyətinin dəyişməsi qaçqınların geri göndərilməsinə əsas yarada bilər. Ukraynada müharibə başa çatarsa, eləcə də Suriya və Əfqanıstanda təhlükəsizlik şəraiti yaxşılaşarsa, həmin ölkələrin vətəndaşlarının Almaniyada qalmasına ehtiyac olmayacaq. Bu halda müvafiq şəxslər vətənlərinə qayıtmalıdırlar”, – deyə Xrupalla bildirib.

Qeyd edək ki, AfD Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edən və ifrat sağçı mövqeləri ilə tanınan siyasi qüvvədir. Partiya son illərdə ölkədə keçirilən regional seçkilərdə ciddi seçici dəstəyi qazanıb.

Bununla belə, qaçqınların geri qaytarılması hər bir şəxsin hüquqi statusu və mənşə ölkəsindəki təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla, müvafiq qanunvericilik çərçivəsində qiymətləndirilməlidir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600