Gündəm

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

23 Oktyabr 2026, 18:473
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən mədəni mübadilə proqramı çərçivəsində 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Zefer.media AZƏRTAC- a istinadən xəbır verir ki, səfərin proqramı 16–25 oktyabr tarixlərini əhatə edir.

Muxtar respublikaya gələn nümayəndə heyəti oktyabrın 21-22-də Heydər Əliyev Muzeyini, Xan Sarayını, Nuh türbəsini, Naxçıvanqalanı və Naxçıvan Dövlət Universitetini ziyarət edib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkənin mədəni dəyərlərinin qorunmasında və gənclər arasında əlaqələrin inkişafında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Səfərin ikinci günündə qonaqlar Əshabi-Kəhf ziyarətgahı ilə tanış olublar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600