Bu ilin yanvar-iyul aylarında Azərbaycan 66,5 milyon ABŞ dolları dəyərində 59,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
Zefer.media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12,7 milyon ABŞ dolları (23,5 %), həcm baxımından isə, 8,1 min ton (15,7 %) çoxdur.
Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 1,1 %, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

















