ABŞ Hərbi Qüvvələri Hind okeanında İranla əlaqəli olduğu bildirilən neft tankerini saxlayıb.
Zefer.media xəbər verir, buna dair “The Wall Street Journal” nəşri üç ABŞ rəsmisinə istinadən yazıb.
Belə ki, sanksiya tətbiq edilmiş “Skywave” adlı tankerə bu ilin fevral ayında İranın Xarq adasında bir milyon bareldən çox xam neftlə yüklənib və daha sonra Malayziya yaxınlığında müsadirə edilib.
Məlumata görə, həmin hadisə ABŞ-nin İranın “kölgə donanması” adlandırılan neft daşınma şəbəkəsinə qarşı tədbirlərinin bir hissəsidir və Vaşinqtonun tanker ələ keçirməsi üçüncü dəfə baş verir.
WSJ vurğulayır ki, bu əməliyyat ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi blokada tədbirləri ilə əlaqəli deyil.
Zərintac Mayisqızı

















