Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən diametri 200 mm olan içməli su xəttində qəza baş verməsi ilə bağlı rayon sukanal idarəsinə məlumat daxil olan kimi qəza briqadası hadisə yerinə cəlb olunub. Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir.
İri Şəhərlərin Su Təchizatından Zefer.media – ya verilən məlumata görə, işlər bitəndən sonra bu barədə əlavə məlumat veriləcək.


















