• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.3° Weather Columbus
$
1.7
€
1.9264
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Müdafiə naziri Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr, 26 / 12:30
A A

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciət edib. 

Bu barədə Zefer.media – ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!

Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!

Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.

Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına təkan verəcəyinə inanıram.

Azərbaycan təhlükəsizliyin və dayanıqlı sülhün qorunması, müdafiə qüdrətinin artırılması məqsədilə beynəlxalq əməkdaşlığa daim açıqdır və bu istiqamətdə tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Regionda sabitliyin təmin edilməsi və irimiqyaslı iqtisadi layihələrin təhlükəsizliyi ölkəmiz üçün prioritetdir.

Bildiyiniz kimi, elmin və texniki tərəqqinin sürətli inkişafı ənənəvi müdafiə üsullarını tədricən yeni yanaşmalarla əvəz edir. İnnovativ həllərin və yüksək dəqiqliyə malik silahların tətbiqi ilə həyata keçirilən təmassız əməliyyatlar hərbi tapşırıqların xarakterini kökündən dəyişir. Neyroşəbəkə, lazer texnologiyalarına əsaslanan vasitələr, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan insansız sistemlər dövlətlərin müdafiə konsepsiyasına tamamilə fərqli baxış tələb edir.

Dövrün çağırışları və əldə edilən döyüş təcrübələri sabitliyin qorunması üçün qabaqcıl texnologiyalar əsasında istehsal olunan hərbi texnika və avadanlıqlara sahib olmağı vacib şərtə çevirir. Bu baxımdan, Azərbaycan Respublikası da Ordumuzun əməliyyat imkanlarının genişləndirilməsinə, maddi-texniki bazasının yenilənməsinə və ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət verir.

Təbii ki, yeniliklərin tətbiqi hərbi qulluqçuların bilik və bacarıqlarının da daim təkmilləşdirilməsini tələb edir. Şəxsi heyətin hazırlıq prosesinin dövrün tələblərinə uyğunlaşdırılması, qabaqcıl orduların təcrübəsinin öyrənilməsi və birgə təlimlərdə iştirakı istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, hərbi mütəxəssislərimiz qlobal münaqişələrdə istifadə olunan döyüş vasitələrinin xüsusiyyətlərini təhlil edir və yerli şəraitə uyğun tətbiq imkanlarını araşdırırlar.

Danılmaz faktdır ki, son illərdə əldə edilən uğurların əsas səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqətdir. Dünyanın ən yüksək texniki standartlarına cavab verən hərbi texnikanın arsenalımıza daxil edilməsi və şəxsi heyətin peşəkar hazırlığı dövlət başçısının birbaşa nəzarəti altında aparılan islahatlar sayəsində mərhələli şəkildə həyata keçirilir.

Qürurla bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək qayğısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı dəstəyi sayəsində ordumuzun silahlanmasında dünyada mövcud olan ən son texniki göstəricilər və rəqəmsal yeniliklər əsasında yaradılmış müasir silah-sursat və döyüş texnikası mövcuddur.

Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr ordu quruculuğunda uğurla həyata keçirilən islahatların bariz nümunəsidir.

Azərbaycanın hərbi sənaye kompleksinin imkanlarından danışarkən onu da qeyd etmək istərdim ki, ölkəmiz bu sahədə geniş potensiala malikdir. Müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir.

6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin ölkəmizdə keçirilməsi texniki həllərin müzakirəsi və nümayiş etdirilən yeniliklərlə tanışlıq baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, belə tədbirlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi təqdim edən mühüm platformadır.

Xarici qurumlar və biznes dairələri tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin qlobal nüfuzunu təsdiq edir. Müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir.

İnanıram ki, sərgi iştirakçı ölkələr üçün hərbi-texniki əməkdaşlıqda yeni perspektivlər açacaq, dostluq münasibətlərini möhkəmləndirəcək və innovativ texnoloji bazanın təkmilləşdirilməsinə şərait yaradacaqdır.

Əminəm ki, ADEX-2026 günlərində aparılacaq müzakirələr ölkələr arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradacaq, müdafiə sahəsinin inkişafına, dünyada dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verəcəkdir.

Hər birinizə sülh naminə fəaliyyətinizdə uğurlar, təmsil etdiyiniz ölkələrə əmin-amanlıq və tərəqqi arzulayıram!

Təşkilatçılara və iştirakçılara, eləcə də bütün dostlarımıza qarşıya qoyulan məqsədlərə çatmağı arzulayır, yeni nailiyyətlər diləyirəm!”

Bənzər Xəbərlər

Gündəm

Sərhədlər açılır: Azərbaycan vətəndaşlarına növbəti viza müjdəsi

Sentyabr 30, 2026
Gündəm

Azərbaycana gələn bu şəxslər 20 il vergi ödəməyəcək: Qərar kimlərə şamil olunur?

Sentyabr 30, 2026
Gündəm

Su xəttində baş verən qəza aradan qaldırılır – Foto

Sentyabr 30, 2026
Gündəm

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil oldu

Sentyabr 30, 2026
Gündəm

Siyavuş Novruzov qeydiyyatsız evlərin əmlak vergisi problemini qaldırıb

Sentyabr 30, 2026
Gündəm

Bu gün Şanlıurfada “TEKNOFEST 2026” başlayır

Sentyabr 30, 2026

XƏBƏR LENTİ

Səudiyyə Ərəbistanı üzərində sərnişin təyyarəsi təhlükə siqnalı verib — təyyarənin qaçırıldığı ehtimal olunur

30 Sentyabr, 26 / 12:44

Sərhədlər açılır: Azərbaycan vətəndaşlarına növbəti viza müjdəsi

30 Sentyabr, 26 / 12:40

Azərbaycana gələn bu şəxslər 20 il vergi ödəməyəcək: Qərar kimlərə şamil olunur?

30 Sentyabr, 26 / 12:39

Su xəttində baş verən qəza aradan qaldırılır – Foto

30 Sentyabr, 26 / 12:36

Müdafiə naziri Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

30 Sentyabr, 26 / 12:30

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil oldu

30 Sentyabr, 26 / 12:25

Siyavuş Novruzov qeydiyyatsız evlərin əmlak vergisi problemini qaldırıb

30 Sentyabr, 26 / 12:25

Bu gün Şanlıurfada “TEKNOFEST 2026” başlayır

30 Sentyabr, 26 / 12:16

Dövlət Gömrük Komitəsi 5 milyon manata nə alacaq?

30 Sentyabr, 26 / 12:08

Böyük qayıdış: 42 ailənin doğma yurd həsrəti sona çatır

30 Sentyabr, 26 / 8:08

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.