“Forbes” 2026-cı ildə ən yüksək dividend gəliri əldə edən 75 rusiyalıdan ibarət reytinqini açıqlayıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, siyahıya “Lukoyl”un təsisçisi Vahid Ələkbərov başçılıq edib. Onun dividend ödənişlərinin 106,2 milyard rubl (təxminən 2,15 milyard manat) olduğu qiymətləndirilir.
İkinci yerdə “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson və ailəsi, üçüncü yerdə isə “Novatek” və “Sibur”un direktorlar şuralarının üzvü Gennadi Timçenko qərarlaşıb.
Aytən Yalçınqızı

















