Ermənistanda benzin və dizel yanacağının qiyməti tarixi maksimuma çatıb.
Zefer.media “Minval” a istinadən xəbər verir ki, “AI-92” markalı benzinin bir litri əvvəlki 580 dram əvəzinə hazırda orta hesabla 600 drama (1,66 dollar) satılır. “Premium” benzinin qiyməti isə 20-30 dram artaraq 620-630 drama (1,70 dollar) yüksəlib.
Dizel yanacağının bir litri də 20-30 dram bahalaşaraq 710 drama (1,95 dollar) çatıb.
Aytən Yalçınqızı

















