• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.3° Weather Ashburn
$
1.7
€
1.909
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

“AzInTelecom” “ICTWEEK Uzbekistan 2026″da rəqəmsal həllərini təqdim edib

28 Sentyabr, 26 / 15:29
A A

Şirkət beynəlxalq əməkdaşlıqlarını genişləndirərək Azərbaycanın regional rəqəmsal hab kimi mövqeyinin gücləndirilməsinə töhfə verir.

Zefer.media xəbər verir ki, “AzInTelecom” MMC Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq “ICTWEEK Uzbekistan 2026” tədbirində bulud, biometrik identifikasiya və süni intellekt istiqamətində həll və imkanlarını təqdim edib. Şirkətin tədbirdə iştirakı rəqəmsal məhsul və xidmətlərin regional bazarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

Müasir rəqəmsal infrastrukturun inkişafı, yüksək hesablama imkanlarının yaradılması və qabaqcıl texnologiyaların tətbiqi “AzInTelecom”un Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri sırasındadır. Şirkət bu istiqamətdə data mərkəzləri və bulud infrastrukturu ilə yanaşı, süni intellekt və yüksək performanslı hesablama imkanlarını da inkişaf etdirir.

“AzInTelecom” MMC-nin Baş direktorunun müşaviri Fərid İsmayılzadə tədbir çərçivəsində keçirilən panel müzakirəsində “Süni intellektin bulud infrastrukturuna və kibertəhlükəsizliyə təsiri” mövzusunda çıxış edib. O, süni intellekt texnologiyalarının müasir rəqəmsal infrastruktura təsirindən, həmçinin “AzInTelecom”un bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Çıxış zamanı Azərbaycanda yaradılmış ilk Superkompüter Mərkəzinin ölkənin süni intellekt və rəqəmsal inkişafı baxımından əhəmiyyəti xüsusi qeyd olunub. Mərkəz böyük hesablama gücü tələb edən süni intellekt və digər texnoloji layihələrin ölkə daxilində həyata keçirilməsi üçün zəruri infrastruktur yaradır, yerli şirkətlərə, dövlət qurumlarına və innovasiya subyektlərinə qabaqcıl hesablama resurslarından istifadə imkanı verir. Bununla da Azərbaycan yalnız rəqəmsal texnologiyaların istifadəçisi deyil, süni intellekt həllərinin yaradılması və inkişafı üçün zəruri texnoloji infrastruktura malik ölkə kimi öz imkanlarını genişləndirir.

Mərkəzdə süni intellekt modellərinin hazırlanması, böyük həcmli məlumatların sürətli emalı və mürəkkəb hesablamaların aparılması üçün “NVIDIA H200 GPU” çiplərindən istifadə olunur. Hazırda Mərkəzin hesablama gücünün və imkanlarının daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu infrastruktur Azərbaycanın regionda süni intellekt və yüksək hesablama xidmətləri üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsi üçün də yeni imkanlar yaradır.

F.İsmayılzadə öz çıxışında həmçinin “AzInTelecom”un biometrik həllərində təhlükəsizliyin gücləndirilməsi məqsədilə müasir süni intellekt texnologiyalarından istifadə etdiyini bildirilib.

Tədbir çərçivəsində “AzInTelecom”un nümayəndə heyəti şirkətin stendində bulud və biometrik həllərini, eləcə də digər rəqəmsal məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib. Xarici texnologiya şirkətlərinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə potensial əməkdaşlıq imkanları və həllərin regional bazarlarda tətbiqi perspektivləri müzakirə olunub.

“AzInTelecom”un beynəlxalq texnologiya platformalarında iştirakı şirkətin rəqəmsal həllərinin xarici bazarlarda tanıdılması ilə yanaşı, Azərbaycanın regionda məlumatların saxlanması və emalı, bulud xidmətləri və yüksək hesablama imkanları üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

2004-cü ildən etibarən hər il təşkil olunan “ICTWEEK Uzbekistan” informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətləri, dövlət qurumlarını və ekspertləri bir araya gətirən regional platformalardan biridir. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və digər aktual texnologiya mövzularında forumlar, panel sessiyaları və ekspert müzakirələri keçirilir.

Bənzər Xəbərlər

Dünya

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Oktyabr 7, 2026
Dünya

Qazaxıstan Rusiyadakı vətəndaşlarını geri qaytarmaq istəyir

Oktyabr 7, 2026
Dünya

Cənubi Koreya Ukraynanın üzrxahlığını yetərli hesab etməyib

Oktyabr 6, 2026
Dünya

HƏMAS seçkilər ərəfəsində İsrailə hücum edə bilər - Netanyahu

Oktyabr 6, 2026
Dünya

Türkiyə Ukraynaya Korkut zenit kompleksləri verib

Oktyabr 6, 2026
Dünya

Rusiya Kiyev və Zaporojyeyə zərbələr endirib

Oktyabr 6, 2026

XƏBƏR LENTİ

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

17 Oktyabr, 26 / 10:33

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

17 Oktyabr, 26 / 10:20

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

16 Oktyabr, 26 / 21:50

Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3 faiz böyüməsi gözlənilir

16 Oktyabr, 26 / 21:50

Seymur Nəcəfova yüksək vəzifə verildi

16 Oktyabr, 26 / 21:47

Zelenski Trampın onu “günah keçisi” etməsi ilə bağlı suala gülümsəyərək cavab verib

16 Oktyabr, 26 / 21:45

Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır

16 Oktyabr, 26 / 21:44

Zelenski ABŞ-dən enerji atəşkəsi müqabilində nə istədiyini açıqlayıb

16 Oktyabr, 26 / 21:41

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr, 26 / 21:38

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr, 26 / 21:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.