ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşündə Rusiya və Çinin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı birləşməsini təklif edib.
Zefer.media xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin 19 mayda mənbələrə istinadən verdiyi məlumatda qeyd olunub.
Elə həmin gün Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında sıx strateji əməkdaşlığın qlobal arenada mühüm sabitləşdirici rol oynadığını deyib. O, tərəflərin inkişaf və xalqlarının rifahı naminə tərəfdaşlığı və mehriban qonşuluğu dərinləşdirməyə davam edəcəklərinə əminliyini ifadə edib.

















