İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Zefer.media xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.

















