Xarici xəbərlər

ABŞ və Rusiya neft sektorunda əməkdaşlığı müzakirə edir

28 Oktyabr 2026, 13:022
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və Rusiya arasında amerikalı neft şirkətlərinin Rusiya bazarına qayıtması ilə bağlı danışıqlar aparılır.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna ilə bağlı danışıqlar çərçivəsində tərəflər Saxalində birgə neft hasilatının bərpasını, Rusiya neftinin “Drujba” boru kəməri ilə Avropaya nəqlini, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) və titan sahələrində əməkdaşlığı nəzərdən keçirirlər.

“Financial Times”ın mənbələri bildirirlər ki, mümkün razılaşmalar sülh sazişinin əldə olunmasına stimul verə bilər. Bununla belə, Vaşinqton Ukraynada münaqişə başa çatmadan Rusiya ilə tammiqyaslı iqtisadi əməkdaşlığın mümkün olmadığını bəyan edir.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600