Xarici xəbərlər

Putin Ukrayna üzrə danışıqlardan NATO-nun 1997-ci il sərhədlərinə qayıtması üçün istifadə etmək istəyir

26 Oktyabr 2026, 18:123
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlardan NATO-nun Avropadakı hərbi mövcudluğunu Şərqi Avropa ölkələrinin Alyansa üzvlüyündən əvvəlki səviyyəyə endirmək məqsədilə istifadə etməyi planlaşdırır.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Kreml NATO-nun Avropadakı hərbi mövcudluğunun azaldılmasına nail olmaq niyyətindədir.

Bu, NATO qoşunlarının Polşadan, Baltikyanı ölkələrdən və Finlandiyadan çıxarılması tələbi ilə nəticələnə bilər.

Nəşrin diplomatik mənbələrinin iddialarına görə, Moskvanın Ukrayna ilə bağlı danışıqlarda Avropa dövlətlərinin də iştirakını israrla tələb etməsinin səbəblərindən biri budur. Putin müharibənin başa çatdırılması müzakirələrini Avropanın bütün təhlükəsizlik sisteminin yenidən nəzərdən keçirilməsi üzrə danışıqlara çevirmək istəyir.

Bu məsələnin Putinin Sankt-Peterburqda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirdiyi üç saatlıq görüşdə də müzakirə olunduğu ehtimal edilir.

Bununla belə, Avropa ölkələri daha əvvəl NATO-nun şərq cinahındakı hərbi mövcudluğunun azaldılması ilə bağlı Kremlin tələblərini rədd ediblər.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600