ABŞ Prezidenti Donald Tramp Macarıstanın keçmiş baş naziri Viktor Orbanı BMT-nin baş katibi vəzifəsinə namizəd göstərmək istəyir.
Zefer.media “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, ABŞ administrasiyası Rusiya və Çinin Orbanın namizədliyini dəstəkləyəcəyinə ümid edir.
Nəşrin məlumatına görə, Orban da bu təklifdə maraqlıdır, lakin qalib gələcəyinə şübhə ilə yanaşır. Gözlənilir ki, Tramp və ABŞ-nin vitse-prezidenti Cey Di Vens aralıq seçkilərdən sonra Orbanın namizədliyini açıq şəkildə dəstəkləyəcəklər.
Pərvin Hacıyeva

















