ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olduğunu bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Tramp digər açıqlamalarında da bir sıra məsələlərə toxunub.
Fransada etiraz aksiyalarında iştirak edənlərin əsasən tələbələr deyil, iri cüssəli və əzələli kişilər olduğunu deyib.
“Danimarkadan gəlmək istəyən hər kəsi qəbul etməkdən məmnunuq, lakin Somaliya ilə bağlı vəziyyətə artıq dözə bilmirəm. Mən Danimarkanı daha çox üstün tuturam”, – deyə bildirib.
Norveçin “bərbad ölkəyə” çevrildiyini deyərək, bu ölkə ilə heç bir əlaqəsinin olmasını istəmədiyini söyləyib.
Müharibələri dayandırmasına baxmayaraq, Nobel Sülh Mükafatını almadığını vurğulayıb.
AOS-un onu o qədər də narahat etmədiyini, bunun səbəbini isə özünün də bilmədiyini deyib.
Nobel Sülh Mükafatının laureatının elan olunacağı gələn həftə bu mükafatı almağın onun üçün böyük şərəf olacağını birinci xanıma söylədiyini bildirib. Daha sonra isə çox məşğul olduğuna görə bunu unutduğunu qeyd edib.
Pərvin Hacıyeva

















